Modern.az

Türkiyə millisinin yeni kapitanı bəlli oldu

Türkiyə millisinin yeni kapitanı bəlli oldu

Актуально

7 İyun 2017, 12:21

Türkiyə futbolunda Arda Turan qalmaqalı davam edir.

“Barselona” klubunun futbolçusu dünən milli komanda düşərgəsinin yerləşdiyi Sloveniyada mətbuat konfransı təşkil edib

30 yaşlı futbolçu, bundan sonrakı karyerasında Türkiyə millisində çıxış etməyəcəyini açıqlayıb.

Konfransdan sonra heyətdən çıxarılan kapitanı A.Turan Türkiyəyə qayıdıb.

Modern.az Türkiyə KİV-nə istinadla bildirir ki, bu hadisədən sonra millinin yeni kapitanı Səlcuq İnan təyin olunub.

 

Qeyd edək ki, Türkiyə millisi bazar günü Kosovo respublikası ilə qarşılaşacaq.

 

 

Məcid Əmirov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı