Modern.az

Gəncədəki qəzada ana və azyaşlı oğlu öldü

Gəncədəki qəzada ana və azyaşlı oğlu öldü

Aktual

15 İyul 2017, 01:01

Gəncədə avtomobillə vurulan qadının övladı xəstəxanada ölüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Məmmədova Aynurə İsmayıl qızı "QAZ 3110" avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb, onun yanında olan 5 yaşlı oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Sürücü maşını hadisə yerində qoyaraq qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı