Modern.az

Azərbaycan prezidenti Türkiyəyə gedib

Azərbaycan prezidenti Türkiyəyə gedib

مورد توجه

19 Oktyabr 2017, 18:23

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

 

Modern.az-ın məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

 

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

 

Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı