Modern.az

Bərdədə zəncirvari qəza: 5 yaralı, Yenilənib

Bərdədə zəncirvari qəza: 5 yaralı, Yenilənib

Aktual

25 Noyabr 2017, 21:43

Yevlax-Bərdə yolunda baş vermiş avtomobil qəzasında xəsarər alanlardan ikisinin kimliyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, onlar "Mercedes" markalı avtomobildə olan 1978-ci il təvəllüdlü Abbasov Ceyhun Əkbər oğlu və motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Alim Novruz oğludur.

İlkin məlumata əsasən, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını motosikletə, daha sonra isə "Mercedes" markalı iki avtomobilə çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili ərazidə tərk edərək, hadisə yerindən yaralı halda uzaqlaşıb.

 

20:31

 

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib.  Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, 3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda ərazidə olan DYP əməkdaşları qəzanın başvermə səbəbini araşdırır.

Yaralılar xəstəxanaya aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı