Modern.az

Bakıdakı ağır qəzada 2 nəfər öldü

Bakıdakı ağır qəzada 2 nəfər öldü

مورد توجه

15 Fevral 2018, 00:13

Paytaxtda ağır yol qəzası olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının  Qaradağ rayonunda "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərxan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı