Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, aviazərbələr nəticəsində silahlıların 16 dayaq məntəqəsi məhv edilib.
Qeyd olunur ki, əməliyyatlar Şimali İraqın Zap, Hakurk, Avaşin rayonlarında və Kandil dağında keçirilib. Əməliyyat nəticəsində 6 terrorçunun məhv edildiyi də məlumat verilib.