Modern.az

Qəbələdə göldə 1 nəfər batdı

Qəbələdə göldə 1 nəfər batdı

Aktual

31 İyul 2018, 17:54

Qəbələnin Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batıb.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı