UEFA-nın Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.
Modern.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edəcək. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olub - 0:0.
Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə rəqibə sərf edir.
“Qarabağ” üçüncü mərhələyə yüksəlsə, HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komandalar arasında da ilk görüşdə hesab açılmayıb.
1 avqust
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya)
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0