Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

مورد توجه

30 Avqust 2018, 23:21

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,20 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 29-da 74,24 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 29-da 75,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı