Modern.az

Deputatın kəndlərdə görüşü davam edir

Deputatın kəndlərdə görüşü davam edir

مورد توجه

14 Sentyabr 2018, 14:25

Sentyabrın 13-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Mücü və Xankəndi kəndlərində sakinlərlə görüşüb və onları maraqlandıran problemlər barədə müzakirələr aparıb.

Modern.az xəbər verir ki, görüşə ətraf kəndlərdən – Sulut, Kürdivan, Zeyvə və Sərsurə kəndlərindən də qəbula gələnlər olub. Əsasən su və şəxsi məsələlərlə bağlı deputata müraciətlər edilib. Bir neçə məsələ yerindəcə həllini tapıb. Bunlarla yanaşı, Xankəndi ərazisindən keçən çayın ətrafında bəndbərkitmə işlərinə də ehtiyacın olduğu deputatın diqqətinə çatdırılıb. Həlli vaxt tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətlərin edilməsini bildirən deputat onunla görüşə gələn sakinlərə öz təşəkkürünü bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı