Modern.az

Sosial şəbəkədə insanları aldadan şəxs həbs olundu 

Sosial şəbəkədə insanları aldadan şəxs həbs olundu 

مورد توجه

5 Oktyabr 2018, 13:47

Sosial şəbəkələrdə izləyiciləri dələduzluq yolu ilə aldadan şəxs həbs olunub.

 

Modern.az məlumatına görə, DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan qadın avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20.000 manat dəyərində qızıl əşyalarını aldığını bildirib.

 

Məlumatla əlaqədar dərhal Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.



Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.



Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.



İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı