Modern.az

Serbiyadakı səfirliyimiz qardaşlıq məzarlığında tədbir keçirdi

Serbiyadakı səfirliyimiz qardaşlıq məzarlığında tədbir keçirdi

Aktual

10 Oktyabr 2018, 13:48

Oktyabrən 8-də Serbiyanın  Zayeçar şəhərində yerləşən, Sovet Ordusu və Yuqoslaviya Xalq Azadlıq Ordusunun xatirəsinə qardaşlıq məzarı üzərində ucaldılmış “Kosturnitsa”   memorial abidəsi önündə, Zayeçar şəhər rəhbərliyinin, ictimaiyyətinin, Serbiya Xalq-Azadlıq Müharibəsi Döyüşçüləri Assosiasiyaları İttifaqının (SUBNOR),  Zayeçar şəhəri Müharibə və Sülh Dövrü Əlilləri Assosiasiyasının üzvlərinin, eləcə də Azərbaycanın və Rusiyanın Serbiyadakı səfirliklərinin əməkdaşlarının iştirakı ilə  İkinci Dünya Müharibəsi zamanı şəhərin faşistlərdən azad olunmasının 74 illiyinə həsr edilmiş mərasim keçirilib.

 

Modern.az xəbər verir ki, ilk ölaraq abidə önündə Rusiya, Azərbaycan və Serbiyanın milli himnləri səsləndirilmişdir. Mərasimi açıq elan edən Zayeçar Bələdiyyəsinin nümayəndəsi Milan Stankoviç bu  mərasimin tarixə və ənənələrə hörmətin bir nümayişi olduğunu söyləyərək, abidələrə göstərilən qayğının, həlak olanların xatirələrinin daima yüksək səviyyədə yad edilməsinin vacibliyini vurğuladı, Zayeçar şəhərinin sakinlərinin bu şəhərin azadlığı uğrunda həlak olmuş əsgərlərlə fəxr etdiklərini  bildirdi. Natiq hər zaman məhz bu gündə onları yalnız buraxmayan azərbaycanlı və rusiyalı qonaqlara öz təşəkkürlərini bildirdi.

 

Mərasimdə çıxış edən Zayeçar Bələdiyyəsinin sədr müavini  Marina Miliç abidənin tarixi haqqında məlumat verərək, onun 1962-ci ildə qurulduğunu, burada 1266 sovet əsgər və zabitinin qalıqlarının dəfn olunduğunu bildirdi. Abidənin sovet hökumətinin, 1960-cı ildə Zayeçar dairəsi ərazisində müxtəlif yerlərdə dəfn olunmuş əsgərlərin nəşlərinin gətirilərək ayrı-ayrı konteynerlədə olmaqla sərdaba halında bir yerdə basdırılması  barədə qəbul etdiyi qərara əsasən tikildiyini vurğulayan M.Miliç, bu kompleksin şəhərin simvollarından birinə çevrildiyini söylədi.

 

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin müşaviri  Mahir Cəfərov İkinci Dünya Müharibəsi illərində həmvətənlərimizin Sovet Ordusu tərkibində və partizan hərəkatında keçmiş Yuqoslaviyanın və Balkan xalqlarının azad edilməsi uğrunda döyüşlərdə yerli əsgər və partizanlarla çiyin-çiyinə döyüşdüklərinə diqqət çəkərək,  bununla yanaşı, müharibə zamanı Azərbaycan ərazisində yaradılmış və azərbaycanlılardan təşkil olunmuş “223-cü Qırmızı bayraqlı Belqrad diviziyası”nın bilavasitə Belqradın azad olunmasında yaxından iştirak etdiyi və böyük rəşadətlər göstərdiyini vurğuladı. Zayeçar şəhərinin faşist işğalçılarından azad edilməsi uğrunda bir çox azərbaycanlı əsgərin öz həyatlarını itirdiyini bildirən səfirliyin müşaviri, bu əsgərlərlə qürur duyduqlarını, onların bu qəhrəmanlıqlarının  Azərbaycan Serbiya münasibətlərinə öz töhfələrini verdiyini söylədi. Yerli bələdiyyələrin köməkliyi ilə təmsil etdiyi səfirlik tərəfindən həmvətənlərimizin Serbiyada dəfn olunduqları məzarlıqların və onların qəbirlərinin müəyyən edilməsi, abadlaşdırılması və mütəmadi ziyarət olunmasından söz açan M.Cəfərov, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Serbiyada həyata keçirilən iqtisadi və humanitar layihələr – Belqrad şəhərindəki “Taşmaydan” parkının yenidənqurulması və abadlaşdırılması, “Bayraqlı Cami” məscid kompleksinin əsaslı təmiri və bərpası, Novi Sad şəhərində “Üzeyir Hacıbəyli Memorial Kompleksi”nin yaradılması və “Müqəddəs Petka” Kilsəsinin tikintisi və təmiri, Novi Pazar şəhərində Mədəniyyət Mərkəzinin əsaslı təmiri və digər layihələr barəsində mərasim iştirakçılarına məlumat verdi.

Mərasimin sonunda abidənin qarşısına gül çələngləri qoyulmuş, mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları  1962-ci ildə SUBNOR tərəfindən tərtiblənmiş xatirə kitabına öz ürək sözlərini yazıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı