Oğuz rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib. Modern.az xəbər verir ki, bu vəzifə polis kapitanı Tahir Qarayevə həvalə olunub.
Qeyd edək ki, T.Qarayev indiyədək Mingəçevir rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru vəzifəsində işləyib.