Modern.az

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı

İsveçrədə avtobus qəzası: 1 ölü, 40 yaralı

مورد توجه

16 Dekabr 2018, 14:07

İsveçrənin Sürix kantonunda baş verən yol qəzası nəticəsində azı 1 nəfər ölüb, 40 nəfərdən çox xəsarət alan var.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, Avtobus İtaliyanın Genuya şəhərindən Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edirmiş. Hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə yerində xilasedicilər iş görür.

 

Həkimlər xəsarət alan 3 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı