Modern.az

Bakı-Minsk marşrutu ilə konteyner qatarı işləyəcək

Bakı-Minsk marşrutu ilə konteyner qatarı işləyəcək

Aktual

28 Fevral 2019, 20:01

Belarus Azərbaycan və Rusiya ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması üzərində işləyir.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə “Belarus dəmir yolları” şirkəti bildirib.

 

Məlumatda qeyd olunur ki, şirkətin 2019-cu il üçün planları arasında əsas yeri Belarus müəssisələrinin məhsullarının ixracının artması üçün yeni layihələrin reallaşdırılması tutur:

 

“Bu məqsədlə “Şimal-Cənub” dəhlizinin inkişafı üçün “Belarus dəmir yolları” “Rusiya dəmir yolları” və “Azərbaycan dəmir yolları” ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması layihəsi üzərində işləyir”.

 

Qeyd olunur ki, bu layihə yüklərin daşınma müddətini 7 günədək azaltmağa və Belarusda istehsal olunan məhsulların Azərbaycana rəqabətqabiliyyətli tariflərlə çatdırılmasına imkan yaradacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı