Modern.az

Qəbələ sakinindən ov tüfəngi götürülüb

Qəbələ sakinindən ov tüfəngi götürülüb

Aktual

7 Mart 2019, 11:02

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan “TOZ-16” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı