Modern.az

Bavariya prezidenti: “Biz qalib gəlməyə məcburuq”

Bavariya prezidenti: “Biz qalib gəlməyə məcburuq”

Aktual

5 Aprel 2019, 12:29

Bundesliqada çempionluq yarışında həll edici matçlardan biri olacağı gözlənilən “Bavariya-Borussiya” qarşılaşması ilə bağlı “Bavariya” klubundan iddiali açıqlama gəlib.

 

“Bavariya” prezidenti Ule Hönes”onlarla oyunda heç bir bəhanənəmiz olmayacaq. Məğlub olmaq barədə fikirləşmək belə istəmirəm. Qalib gəlməyə məcburuq çünki mənim üçün başqa variant qəbul oluna bilməz. Mövsümün ilk oyununda məğlub olduq. Komandamız çempion olmaq istədiyini bu oyunda meydanda göstərməlidir”- deyib.

Bundesliqada ilk 27 həftədə oynanılan matçların ardından “Bavariya” rəqibindən 2 xal geridədir və 2-ci yerdədir.

 

Novruz NOVRUZLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı