Modern.az

Azercell Xəzər Universitetində “E-learning” otağı yaradıb

Azercell Xəzər Universitetində “E-learning” otağı yaradıb

Current

23 Dekabr 2011, 16:11

Bu gün Xəzər Universitetində Azercell “E-learning” (Elektron öyrənmə) Otağının açılışı baş tutub.

Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan bu otaq müasir proqram təminatı olan 26 kompüterlə təchiz edilib. Şirkətdən Modern.az-a bildirilib ki, mərkəzin köməyilə Xəzər Universitetini tələbələri elektron təhsilin verdiyi üstünlüklərdən yararlana biləcəklər. Azercell “E-learning” otağı tələbələrin biliklərinin artırılmasını təmin etmək məqsədilə geniş funksiyalarla təchiz edilib. Artıq burada keçiriləcək dərslərin və imtahanların qrafiki tərtib edilib. “E-learning” mərkəzində əsasən İqtisadiyyat və Menecment fakültəsinin dərsləri keçiriləcək.

Tədbirin açılışında çıxış edən Azercell şirkətinin prezidenti Ali Ağan Xəzər Universitetinin tələbələrini onların təhsil sistemində çox əhəmiyyətli olan bu layihədə iştirak etmələri münasibətilə təbrik etdi və son illərdə informaiya kommunikasiya texnologiyalarının öyrənmə metodikasının sürətli inkişafına şərait yaratdığını bildirdi: “Mən çox sevinirəm ki, gənc nəsil bu gün ən son texnoloji yeniliklərdən faydlana və onları uğurla öz təhsilində tətbiq edə bilir. Azercell isə daim ölkənin gələcəyi olan gənclərin maariflənməsi istiqamətində öz dəstəyini göstərib və bu fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir. ”

“E-Learning”artıq effektivliyi sübut edilmiş yeni təhsil texnologiyalarından biridir. Təhsilin yeni fəlsəfəsi kimi qəbul edilən “elektron öyrənmə” yeni texnologiyaların köməyi ilə həyata keçirilən təlim və tədris formasıdır. Bu zaman biliklərin, vərdişlərin və bacarıqların ötürülməsi üçün elektron kommunikasiya vasitələrindən aktiv istifadə edilir. “E-learning” ixtisaslaşdırılmış saytlar vasitəsilə tədrisdən, virtual siniflərin, rəqəmli laboratoriyaların təşkilindən, xüsusi tədris proqramlarının istifadəsindən ibarətdir.

Xəzər Universiteti 2009-cu ildən etibarən “Moodle” (Module Object-Oriented Dynamic Learning Environment – Fənnlərə İstiqamətlənmiş Dinamik Öyrənmə Mühiti) əsaslanan qarışıq təhsil kursları təşkil edir. Burada ənənəvi və internet əsaslı tədris həyata keçirilir. Bu zaman tələbələr fənnin tədrisində istifadə edilən bütün materialları – kursun tədris planı, tövsiyə olunan oxu materialları, həftəlik tapşırıqlar və testləri sistem vasitəsilə əldə edirlər. Vacib tədbirlər haqqında tələbələri əvvəlcədən məlumatlandırmaq üçün elektron elanlar lövhəsindən istifadə olunur. Bundan başqa, Xəzər Universiteti qarışıq təhsil sistemindən müntəzəm keçirilən dərslər və biznes təlimləri üçün istifadə edir.

Azercell Azərbaycanda ilk dəfə olaraq yerli təhsil müəssisəsində belə tədris otağının yaradılmasına dəstək göstərib. Azercell Azərbaycanda ən qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq edir, azərbaycanlı tələbələrin inkişafına, dünya səviyyəli kadrlar yetişdirilməsi prosesinə öz töhfəsini verir. Xatırladaq ki, bu il Azercell-in dəstəyi ilə Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetində respublikada və bölgədə ilk dəfə olaraq 4G sınaq imkanları yaradılıb. Bundan əlavə, Azercell istedadlı tələbələrin təhsilini stimullaşdırmaq üçün xüsusi Təqaüd Proqramını həyata keçirir. Şirkətin Barama layihəsi isə bacarıqlı gənclərin öz ideyalarını reallaşdırmasına imkan verən geniş bir məkana çevrilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı