Ötən gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Modern.az xəbər verir ki, London "Arsenal"ı evdə "Napoli" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
İspaniyada bu ölkənin iki təmsilçisi - “Vilyarreal”la “Valensiya" üz-üzə gəlib. Bu matçda "Vilyarreal" 1:3 hesabı ilə uduzub.
"Çelsi" Çexiyada "Slaviya"nın qonağı olub və minimal hesabla qalib gəlib - 1:0.
“Benfika” isə səfərdə “Ayntraxt”dan üstün olub - 4:2.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
“Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0
“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) - 0:1
“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) - 1:3
“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2