Modern.az

“Fənərbaxça”nın əfsanə futbolçusu vəfat etdi

“Fənərbaxça”nın əfsanə futbolçusu vəfat etdi

مورد توجه

12 Aprel 2019, 12:45

Əfsanəvi türk futbolçu Can Bartu 83 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Fənərbaxça" klubu məlumat yayıb. 

 

Can Bartu idman karyerasına "Fənərbaxça"da basketbol oynayaraq başlayıb, daha sonra isə şansını futbolda sınayıb. O, 1955-1961-ci ildə klubun formasını geyinib. Türk futbolçu 1961-1967-ci illərdə İtaliyanın "Fiorentina", "Venezia" və "Latsio" klublarında çıxış edib. Yenidən Türkiyəyə qayıdıb və dogma klubu "Fənərbaxça"da  oynayıb. O, "sarı-lacivərtli" forma ilə 326 oyunda 162 qol vurmuşdu.

 

Qeyd edək ki, Bartu Türkiyə milli komandasında 28 dəfə forma geyinib və 6 qol vurmuşdu.

 

Novruz NOVRUZLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı