Modern.az

Yəhudi icmasının sədri Prezidentin sərəncamını şərh etdi

Yəhudi icmasının sədri Prezidentin sərəncamını şərh etdi

مورد توجه

12 Aprel 2019, 13:57

2019-cu il 14-15 noyabr tarixlərində  “Dünya dini liderlərinin II Bakı sammiti”nin  keçiriləcək.

 

Bu haqda Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, saammitlə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

 

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri   Milix Yevdayev Modern.az-a deyib ki,çağdaş bir cəmiyyətin qurulmasında özül rolu oynayan belə sammitlərin təşkilinin ölkəmiz üçün əhəmiyyəti  böyükdür.

 

Onun sözlərinə görə, Azərbaycan hazırda dünyada  demək olar əksər humanitar forumların keçirilməsinə ev sahibliyi edir.

 

“Bu da Azərbaycanın dünya səviyyəsində imicinə, öz imzası olan müstəqil, çağdaş bir ölkə kimi tanınmasında rol oynayan məsələlərdən biridir. Onu da qeyd edim ki, ölkəmiz bütün dünyaya bəyan edib ki, dini və mədəni müxtəliflik harmoniyasına əsaslanan çağdaş bir cəmiyyət qurmaq mümkündür. Bu cəmiyyət Azərbaycanda mövcuddur.  Odur ki, Azərbaycanda yaşayan bütün xalqlar  dinc, sülh və  əmin-amanlıq  şəklində yaşayır.  Bizdə milli münaqişə ilə əlaqədar heç bir hal olmayıb və ola da bilməz. Məhz buda Azərbaycanın bəyan etdiyi tolerantlıq, multikultural mühitin bariz nümunəsidir . Hazırda Azərbaycan modeli dünyanın 20 ölkəsində öyrənilir və bundan sonra da bu proses davam etdiriləcək”.

 

İcma sədri bildirib ki, Azərbaycanın günü-gündən inkişafı düşmənlərdə qıcıq hissi yaradır.

“Müdriklərin belə bir kəlamı da var: “Paxıl ölür, paxıllıq ölmür”. Bu inamlı inkişaf nəticəsində dövlətimiz bütün dünyaya sübut etdi ki,  Azərbaycan sivil ölkədir. Bu da Prezidentin daxili və xarici siyasətinin əsas meyarlarından biridir”.

 

Qeyd edək ki, Milix Yevdayev sammitin həyata keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin üzvüdür.

 

Əzizə Zeynal

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı