Modern.az

Deputat Nardaranda həbs edilənlərdən danışıb

Deputat Nardaranda həbs edilənlərdən danışıb

Aktual

27 Dekabr 2011, 17:03

Mətbuatda Nardaran sakinlərinin həbs olunması ilə bağlı məlumatlar yer alıb. Bildirilir ki, onlar narkotik vasitə saxlamaqda təqsirli bilinərək həbs olunublar. Modern.az məsələ ilə bağlı həmin bölgəgin deputatı Eldar Quliyevlə əlaqə saxlayıb.

Deputat bildirib ki,hər hansı bir həbslə bağlı ona müraciət edilməyib və məlumat verilməyib: “Ona görə də bu barədə heç nə deyə bilmərəm. Sadəcə mənə də məlumat çatıb ki, iki nəfər saxlanılıb. Onların narkotika ilə həbs olunduğu bildirilir və hər biri haqqında iki aylıq həbs-qəti imkan tədbiri seçilib. Bundan başqa elə bir məlumatım yoxdur. Hüquq mühafizə orqanları bunu araşdırıb nəticə barədə məlumat vercəcəklər”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı