Modern.az

Salyanda çayda batan şəxsin meyiti tapılıb  

Salyanda çayda batan şəxsin meyiti tapılıb  

Aktual

25 Aprel 2019, 10:44

Salyan rayonunun Seyidsadıqlı kəndində, Akkuşa çayında batdığı ehtimal edilən 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının axtarışları başa çatıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

 

A.Dadaşovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı