Modern.az

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

Aktual

29 Aprel 2019, 13:05

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” artıq 13-cü ildir ki, keçirilməkdədir. Sözügedən Olimpiada 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunur. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

 

Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

Bakı Mühəndislik Universitetində keçirilən Olimpiadanın açılış mərasimində təşkilatçı qurumların nümayədələri iştirak edib. BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə başçısı İlham Əliyevin ölkəmizdə İT və innovasiya sahələrinə diqqətindən danışıb. Rektor təşkil olunan olimpiadanın universitetlərə və iştirakçı tələbələrə faydalarını da qeyd edib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə də tədbir iştirakçlarını salamlayıb və iştirakçılara uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin “İnnovasiyalar Agentliyinin yaradılmasını” dövlətin bu sahəyə və İT mütəxəssislərinə olan diqqətin bariz nümünəsi olduğunu bildirib. Nazir müavini nazirliyin İT sahəsinin inkişafı istiqamətində gördüyü işlər və uğurlar barədə də ətraflı danışıb. Çıxışında olimpiadanın tarixinə nəzər salan Elmir Vəlizadə ötən 12 ildə hər il orta hesabla 15 - 20 ali təhsil müəssisəsindən 40 - 50 komanda (160 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulduğunu qeyd edib. Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda qeydiyyatdan keçib və Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərdiyini qeyd edib.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Rəşid Ələkbərov  ölkədə aparılan gənclər siyasətinin uğurlarından danışıb. Olimpiadanın tələbələrdə intelektual qabiliyyət, alqoritmik düşüncə və kollektiv işləmə bacarığı formalaşdırdığını diqqətə çatdırıb.

 

Olimpiadanın təşkilatçılarından olan BMU-nun baş müəllimi Etibar Seyidzadə olimpiada iştirakçılarına müsabiqənin şərtlərini və qaydalarını izah edib, onların suallarını cavablandırıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı