Modern.az

Binəqədidə yol bağlanacaq - XƏBƏRDARLIQ

Binəqədidə yol bağlanacaq - XƏBƏRDARLIQ

Güncel

30 Aprel 2019, 12:38

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Modern.az-a verilən məlumata görə, məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı