Modern.az

BDU-nun 100 illiyi münasibətilə tədbir keçirildi

BDU-nun 100 illiyi münasibətilə tədbir keçirildi

Aktual

7 May 2019, 17:40

Mayın 7-də Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə universitetin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, humanitar fakültələrin birinci kurslarında təhsil alan tələbələr universitetin görkəmli pedaqoqları və məzunları haqqında məlumat verib, filologiya fakültəsinin tanınmış şair-məzunlarının şeirlərini səsləndirib, bədii əsərlərdən səhnəciklər göstərib, musiqi nömrələri ilə çıxış ediblər. Universitetin hazırlıq fakültəsində təhsil alan Çin, Türkiyə, Serbiya və Türkmənistandan olan tələbələrin çıxışları maraqla qarşılanıb. 

 

Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, kafedra müdirləri və qonaqlar iştirak ediblər.

 

Tədbirin hazırlanmasında Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri Ədibə Paşayeva başda olmaqla, kafedranın bütün əməkdaşları fəal iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı