Çempionlar Liqasında “Ayaks”ı 3-2 məğlub edib finala yüksələn “Tothenhem”də uzun müddətdir zədəli olan Harri Keyn oyun sonunda açıqlamalar verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Keyn finalda oynamağı haqqında məlumat verib:
“Müalicəm qaydasında gedir. Artıq topsuz qaçmağa başlamışam. Zədəli olduğum müddətdə komanadamız “Mançester Siti” və “Ayaks”a qalib gəldi və mən də buna görə finalda özümü subut etməliyəm”.
Oyun haqqında da danışan Keyn “möhtəşəm idi. Birinci hissə çox pis alındı. “Ayaks”ın oynmağına icazə verdik. Fasilədə paltadəyişmə otağına getdim və onlara önümüzdə 45 dəqiqə var dedim. Lukas Maura iki qol vuranda sonra isə 3-cü qolu vuracağımızı hiss etmişdim”.
“Tothenhem - Liverpul” görüşü iyun ayının 1-i Madrid şəhərindəki “Metropalitano” stadionunda keçiriləcək.
Novruz NOVRUZLU