Modern.az

Sabahın HAVASI: Yağış yağacaq  

Sabahın HAVASI: Yağış yağacaq  

مورد توجه

9 May 2019, 12:50

Mayın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 14-18° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı  756 mm civə sütununu təşkil edəcək.  

Nisbi rütubət   70-80 % olacaq.    

Azərbaycanın rayonlarında isə fasilələrlə  yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi

Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13°  isti,  gündüz  15-18°  isti təşkil edəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı