Modern.az

Həştərxanda Heydər Əliyevin xatirəsi anıldı  

Həştərxanda Heydər Əliyevin xatirəsi anıldı  

Aktual

10 May 2019, 12:36

Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər planı çərçivəsində bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev adına 11 saylı orta məktəbində açıq dərslər, görüşlər, dəyirmi masa və sair anım mərasimləri baş tutub.



Modern.az xəbər verir ki, mərasim iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad ediblər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışıblar. Anım mərasimində Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri vəzifəsini icra edən Denis Afanasyev, Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edən Vladimir Qolovkov, digər rəsmilər, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan diasporasının nümayəndələri, AMOR-un Həştərxan vilayəti üzvləri, şəhər sakinləri iştirak ediblər.

 

Həyata keçirilmiş bir sıra tədbirlər çərçivəsində Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı orta məktəbdə açıq dərslər, görüşlər keçirilib, Ulu Öndərin həyatından bəhs edən filmlər və fotoşəkillər nümayiş edilmiş, şagirdlərə Ümummili Liderin fəaliyyəti barədə geniş məlumat verilib.



Qeyd edək ki, 17 may 2019-cu il tarixində Həştərxan şəhərində Azərbaycan nümayəndə heyətinin və Vilayət rəhbərliyinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Həştərxan şəhərində bir sıra irimiqyaslı sosial layihələr həyata keçirmiş Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibətilə silsilə tədbirlər həyata keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı