Modern.az

“Azərbaycanlı futbolçular meydanda döyüşürdü” – Rəqib baş məşqçi

“Azərbaycanlı futbolçular meydanda döyüşürdü” – Rəqib baş məşqçi

Aktual

8 İyun 2019, 22:44

"İkinci hissəyə yaxşı başladıq. Şanslar yaratdıq və qollar vurduq. Bəzi epizodlarda əziyyət çəkdik. İkinci yarıda çoxlu imkanlar oldu. İki top fərqi ilə önə keçdikdən sonra daha ehtiyatlı oynamağa başladıq. Artıq növbəti oyunu düşünürük".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bu fikirləri Macarıstan millisinin baş məşçqisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 3:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

 

Əlli beş yaşlı mütəxəssis bildirib ki, matçın sonlarında baş verənlərə aydınlıq gətirib: "Hakim məni qovdu. İstəmədən xətti keçdim. Həmin vaxt bildirdim ki, aut bizim leyhimizə olmalıdır. Biz teatrda deyilik. Tennis oynamırıq. Futbol emosional oyundur".

 

İtaliyalı məşqçi Azərbaycan yığmasının çıxışı barədə də danışıb: "Azərbaycanlı futbolçular meydanda döyüşürdü. Onların köklənməsi yaxşı idi. İlk hissədə yaxşı oynadılar. Rəqib sağ cinahdan təhlükəli hücumlar qururdu. Biz təəccüblənmədik. Matç gözlədiyimiz kimi keçdi".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı