Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Nobel prospektində qeydə alınıb.
Bildirilir ki, qəzada 4 - "Mitsubishi", "Hyundai" və iki "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.
Yol qəzasının səbəblərini YPX müfəttişləri araşdırır.