Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər SAXLANILDI

Aktual

3 İyul 2019, 13:48

Ötən gün ərzində törədilmiş səkkiz cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə dörd nəfər, o cümlədən borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli beş fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı