Modern.az

Ötən gün yol QƏZALARI: 2 ölü, 10 yaralı

Ötən gün yol QƏZALARI: 2 ölü, 10 yaralı

Güncel

10 İyul 2019, 10:55

İyulun 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

   

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.  

 

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.   

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı