Modern.az

33 yeni dini icma qeydiyyatdan keçib

33 yeni dini icma qeydiyyatdan keçib

Актуально

30 İyul 2019, 12:06

2019-cu ildə Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib.

 

Modern.az xəbər verir ki, bununla da Azərbaycanda fəaliyyət göstərən dini icmaların ümumi sayı 942-ə çatıb.

Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

 

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

 

Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda 748 pir və ziyarətgah var, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı