Modern.az

Xəzərdə 4 otaqlı evdə yanğın oldu  

Xəzərdə 4 otaqlı evdə yanğın oldu  

Aktual

2 Avqust 2019, 19:39

Bakıda yanğın faktı qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb.

Məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı