Modern.az

Qazaxda itikin düşən ana və uşaqları Bakıda tapıldı

Qazaxda itikin düşən ana və uşaqları Bakıda tapıldı

Aktual

28 Avqust 2019, 17:36

Qazaxda itikin düşən ana və övladları tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib.

Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, N.Qasımova və övladalrı avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən evindən çıxaraq bir daha geri qayıtmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı