Modern.az

Tramvaylar Bakıya qayıdır - VİDEO

Tramvaylar Bakıya qayıdır - VİDEO

Актуально

31 Avqust 2019, 23:03

Bakının nəqliyyat yükünü azaltmaq üçün tramvayların hərəkəti bərpa edilə bilər. Sözügedən ictimai nəqliyyat vasitəsinin yenidən bərpa edilməsi ilə bağlı müzakirələr gedir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müşaviri Rüfət Mahmud "Xəzər xəbər"ə məlumat verib.

Rüfət Mahmud  qeyd edib ki, şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.


Nəqliyyat eksperti Ərşad Hüseynov da deyir ki, tramvaylar 98-ci ilə qədər Bakıda işlək vəziyyətdə idi. Həmin vaxt paytaxda nəqliyyat sıxlığı az olduğundan onlar rahat hərəkət edə bilirdilər, amma hazırkı vəziyyətə görə tramvayın hərəkəti şəhərdə mümkün deyil.

Ekspert deyir ki, əgər şəhərin mərkəzi küçələrində yolları qazıb tramvay xətti çəkilərsə bu aylar hətta illərlə vaxt aparacaq. Bu da o deməkdir ki, iş gedən vaxt yol bağlanacaq və həmin küçələrdə nəqliyatın hərəkəti iflic olacaq. Ekspert təklif edir ki, şəhər mərkəzi üçün ən əlverişlisi elektobusların alınmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı