Oktyabrın 2-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında üçüncü partiya oynanılıb.
Modern.az xəbər verir ki, bu mərhələnin üçüncü görüşündə şahmatçımız rəqibini 45-ci gedişdə məğlub edib. Birinci görüşdə heç-heçə edən, lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız bu qələbə sayəsində hesabı bərabərləşdirib.
Dünya kubokunun dördüncü partiyası oktyabrın 3-də oynanılacaq. Bu partiyada qalib müəyyənləşməsə oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.
Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.
Turnirin mükafat fondu 1,6 milyon dollardır.