Modern.az

Ordumuz döyüş atışları icra etdi - FOTO+VİDEO

Ordumuz döyüş atışları icra etdi - FOTO+VİDEO

Aktual

7 Oktyabr 2019, 14:27

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, eyni zamanda səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.

 

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı