Modern.az

Azərbaycan prezidenti MDB Dövlət Başçıları Şurasında çıxış edib - FOTOLAR

Azərbaycan prezidenti MDB Dövlət Başçıları Şurasında çıxış edib - FOTOLAR

مورد توجه

11 Oktyabr 2019, 11:41

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

 

Modern.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyev də iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.

Sonra birgə foto çəkdirildi.

 

Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzuladı.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı