Modern.az

Hadi Rəcəbli Lənkəranda gənclərlə görüşüb

Hadi Rəcəbli Lənkəranda gənclərlə görüşüb

Aktual

25 Oktyabr 2019, 17:08

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda ayrı-ayrı  gənclərlə bir sıra silsilə görüşlər keçirib.

 

Modern.az-ın xəbərinə görə, görüşdə çıxış edən deputat gənclərin istəyi ilə baş tutan görüşlərdə deputat radikal müxalifətin keçirdiyi sonuncu mitinqdən danışaraq bildirib ki, əsasən xaricdəki ermənipərəst dairələrlə marağı üst-üstə düşən radikal müxalifət, əslində  iqtidara yox, xalqa, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşı mübarizə aparır.

 

"Həmin dairələrdən aldığı, amma ictimaiyyətdən gizlətdiyi qrantlar hesabına isə qanunsuz mitinqlər keçirməyə cəhd göstərirlər. Əli Kərimli kimi müxalifət başçıları və onların ailələri həmin çirkli pullar hesabına Avropada dəbdəbəli həyat tərzi sürür, övladları mötəbər ali məktəblərdə təhsil alırlar. Bütün bunlar faktdır və gizlətmək mümkün deyil".

 

Deputat son dövrlərdə ölkədə aparılan sosial müdafiənin gücləndirilməsinə işləyən, sərəncam və qanunlardan, struktur və kadr islahatlarından söz açıb. O, qeyd edib ki,  prezidentİlham Əliyev cənabları gənc kadrların təhsili, mərhələlərlə irəli çəkilməsi, dövlət qulluğunda, icra strukturlarında, idarəetmə orqanlarında rəhbər vəzifə tutması bizim üçün önəmli istiqamətlərdəndir.

 

Silsilə görüşlərdə iştirak edən gənclərdən Teymur Babayev, Böyükağa Axundov, Elman Əliyev, Firəngiz Əsədova və başqaları da öz növbələrində deyiblər ki, məhz bu dövlət hər bir gənc vətəndaşın maraqlarını güdən siyasət həyata keçirir.

Prezident İlham Əliyevin 2007-ci ili gənclər ili elan etməsi, dövlət hesabına gənclərin təhsil almaq üçün xaricə göndərilməsi, gənc ailələrə güzəştlərin edilməsi, mütəmaadi olaraq əmək haqlarının artımı və digər tədbirlər bu siyasətin göstəriciləridir. Azərbaycan gəncləri dövlətimizin həyata keçirdiyi siyasəti ürəkdən dəstəkləyirlər. Ona görə əminliklə deyə bilərik ki, radikal müxalifət biz gəncləri heç vaxt çirkin məqsədlərinə cəlb edə bilməz.

 

Deputatla çəkilmiş xatirə şəkillərindən birini təqdim edirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı