Modern.az

Yasamalda intihara cəhd

Yasamalda intihara cəhd

Aktual

25 Noyabr 2019, 22:45

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Modern.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı