Modern.az

SOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİ

SOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİ

Güncel

3 Dekabr 2019, 10:16

SOCAR-da kadr islahatları həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov vəzifəsindən azad olunub.

 

SOCAR-ın İctimaiyyətlə əlaqərlə və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a faktı təsdiqləyib:

 

“Rəhman Qurbanov dəyərli qocaman neftçi kimi təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad edilib. Onun yerinə Daşqın İsgəndərov təyin olunub”.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı