Siyasi elmlər doktoru, professor, sabiq icra başçısı, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin növbəti kitabı çıxıb.
Bu barədə Modern.az-a V.Abdullayev özü məlumat verib.
“Azərbaycanın Mehriban siması” adlı kitabının dekabrın 7-də oxuculara təqdim ediləcəyini deyən professor, hər kəsi təqdimatın keçiriləcəyi Atatürk Mərkəzinə dəvət edib.
416 səhifədən ibarət olan kitab Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr edilib. Kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur.