Modern.az

Litvadan Azərbaycana özəl təklif

Litvadan Azərbaycana özəl təklif

Aktual

16 Dekabr 2019, 20:03

Litva Azərbaycan yüklərinin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir.



Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən bildiriblər.



Məlumat verilib ki, Litva Bakı-Tbilisi-Qars dəmir yolunu digər tədarük marşrutlarına alternativ olaraq nəzərdən keçirir:

“Bizə bu marşrut üzrə Azərbaycanın daşıma planları maraqlıdır. Litva yaxşı işləyən multimodal nəqliyyat-logsitika sistemini yaradıb və tranzit ölkə qismində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkibində vacib rol oynayır. Ona görə də ölkəmiz Azərbaycana yüklərin Avropa və Skandaniva ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edir”.



Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı