Bakı Nəqliyyat Agentliyi (BNA) 2019-cu il ərzində “Yol infrastrukturu” istiqamətində görülən işlərin statistikasını açıqlayıb.
Qurumdan Modern.az-a verilən məlumata görə, hesabat dövründə 675 metr səki “ideal səki” tələblərinə uyğunlaşdırılıb. Pilot layihə çərçivəsində 100 metr velosiped yolu inşa edilib.
Həmçinin 256 avtobus dayanacaq pavilyonu təmir edilib.
Rəsmi məlumata görə, dəmiryol keçidlərində 218 ədəd yol nişanı quraşdırılıb:
“19 ədəd 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib, 21 taksi duracaq məntəqəsi təşkil olunub”.