Modern.az

Bakıdakı məktəblərin, müəllimlərin, şagirdlərin sayı AÇIQLANDI

Bakıdakı məktəblərin, müəllimlərin, şagirdlərin sayı AÇIQLANDI

Aktual

19 Dekabr 2019, 11:40

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və  7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.


İdarədən Modern.az-a bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur.


2019-2020-ci tədris ilində ümumi təhsil məktəblərinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı