Modern.az

Prezidentin oğlu bıçaqlandı

Prezidentin oğlu bıçaqlandı

Aktual

20 Dekabr 2019, 00:46

Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya dekabrın 19-da axşam saatlarında Tbilisinin Vera rayonunda bıçaqlanıb.



Modern.az yerli mediaya istinadən xəbər verir ki, sinəsindən ciddi bıçaq yarası alan Tsotne Qamsaxurduya ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Yaralının qardaşı Konstantin Qamsaxurduya bildirib ki, Tsotne hazırda əməliyyat olunub və reanimasiya şöbəsindədir.

Mətbuatın yazdığına görə, T.Qamsaxurdiyanı keçmiş qonşusu David Bacelidze bıçaqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı