Modern.az

“Azərbaycan Dəmir Yolları”: “Təcili yardımın sürücüsü qanunun tələbini pozub”

“Azərbaycan Dəmir Yolları”: “Təcili yardımın sürücüsü qanunun tələbini pozub”

مورد توجه

5 Yanvar 2020, 11:14

Bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a məlumat verən “Azərbaycan Dəmir Yolları”QSC-nin Mətbuat katibliyinin rəisi Natavan Bayramova bildirib ki, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib:

 

“Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub”.

 

Onun sözlərinə görə, ilkin araşdırma nəticəsində təcili yardım maşınının sürücüsünün “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozduğu məlum olub:

 

“Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı