Modern.az

Ankara və Bakı Qarabağa qanunsuz səfərlərə qarşı birgə mübarizə aparacaq

Ankara və Bakı Qarabağa qanunsuz səfərlərə qarşı birgə mübarizə aparacaq

Aktual

10 Yanvar 2020, 19:07

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Türkiyə diplomatik mənbələrindən bildiriblər.



Mənbə bildirib ki, mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq:

“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək”.

Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı